media-inshot_20250912_083153182

Sentyabrın 12-də saat 05 radələrində Culfa rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Patrulaz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayon sakini Qüdrət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişini hadisə yerində vəfat ediblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzada həyatı itirənlərin dördü də polis əməkdaşı olub.

Hadisə yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsindən baş verdiyi ehtimal edilir.

media-img_20250912_103203_720 media-img_20250912_103202_810 media-img_20250912_103202_893


Bənzər xəbərlər