Cütüyün avtomobili cinsi əlaqədə olan zaman 400 metrlik uçurumdan düşdü - FOTOLAR
Braziliyada Adriana Machado Ribeiro və Marcone da Silva Cardoso adlı cütlük avtomobildə cinsi əlaqədə olduqları zaman nəqliyyat vasitəsinin 400 metrlik uçurumdan aşması nəticəsində həlak olublar.
Patrulaz.az xəbər verir ki, əyləncədən sonra Marcone, qardaşı və onun sevgilisi ilə vidalaşıb. Daha sonra Adriana ilə birlikdə yamac paraşütü üçün nəzərdə tutulmuş buraxılış meydançasına yollanıblar. Cütlük burada avtomobildə romantik anlar keçirib.
Polisin ilkin araşdırmalarına əsasən, avtomobil park edildiyi zaman baş verən hərəkətlər onun sürüşməsinə səbəb olub və nəticədə nəqliyyat vasitəsi uçurumdan aşağı düşüb.
Avtomobil əvvəlcə 100 metr hündürlükdən qayalara çırpılıb, bu zaman Adriana və Marcone avtomobildən atılıblar. Daha sonra avtomobil 300 metr yuvarlanaraq tamamilə sıradan çıxıb.
Cütlüyün cəsədləri dağıntıların yaxınlığında, çılpaq vəziyyətdə aşkarlanıb. Polis hadisə yerində və cəsədlər üzərində zorakılıq izlərinə rast gəlmədiyini, avtomobilin isə dayanacaq əyləcinin işə düşdüyünü açıqlayıb. Bu səbəbdən insidentin qəza nəticəsində baş verdiyi ehtimal olunur.







