media-inshot_20250919_142937329

Dağıstanda bir kişi borca görə ictimaiyyət qarşısında dəstə halında döyülüb.

Patrulaz.az Rusiya teleqramlarında yayılan görüntüyə əsasən xəbər verir ki, hadisə azyaşlıların gözü qarşısında baş verib.

Məlumata görə, əvvəlcə şəxslərdən biri borclunun diqqətini yayındırıb, daha sonra digər şəxslər arxadan ona hücum ediblər. Yaxınlıqda olan qadınlardan biri davaya müdaxilə edərək təcavüzkarları oradan uzaqlaşdırıb.

Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilir.


Bənzər xəbərlər