media-inshot_20260410_091752724

Yunanıstanda sosial medianın azyaşlı istifadəçilərinə yeni məhdudiyyət tətbiq olunacaq.

Patrul.az xəbər verir ki, ölkədə 15 yaşdan kiçik şəxslərin sosial media platformalarına (Facebook, Instagram, TikTok, Snapchat və s.) girişi tamamilə qadağan edilir.

Bu barədə qərarı Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis açıqlayıb.

O bildirib ki, bu qərar valideynlərin və mütəxəssislərin uşaqların stress keçirdiyini, yatmaqda çətinlik çəkdiyini və daim mobil telefonlarına baxdıqlarını əks etdirən şikayətlərindən sonra verilib.

Beləliklə, Yunanıstanda 15 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsini qadağan edən qanun layihəsi qəbul edilib.

Yaşın yoxlanılması prosesi valideynlərin övladlarının telefonlarını idarə edə bildiyi “Kids Wallet” rəqəmsal nəzarət aləti vasitəsilə həyata keçiriləcək. Platformalar istifadəçinin şəxsi məlumatlarını görmədən yalnız onun 15 yaşdan yuxarı olub-olmadığını təsdiqləyən xüsusi nişanlar (“age tokens”) alacaqlar.

Məlumata görə, qaydalara əməl etməyən platformaları şirkətin qlobal dövriyyəsinin 6%-nə qədər çata bilən ağır cərimələr gözləyir.

Qərar 1 yanvar 2027-ci il tarixindən etibarən qüvvəyə minəcək.


Bənzər xəbərlər