media-inshot_20251211_083744259

“Avroviziya 2026” Mahnı Müsabiqəsində İsrailin iştirakına etiraz edən ölkələrin sayı artır.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, İslandiya İsrailin yarışda olmasına etiraz edərək “Avroviziya 2026”dan çəkildiyini açıqlayıb. Bununla da İslandiya bu səbəbdən müsabiqəni boykot edən beşinci ölkə olub.

Məlumata görə, daha əvvəl İspaniya, Hollandiya, İrlandiya və Sloveniya da eyni mövqedən çıxış edərək yarışdan uzaqlaşıblar. Onların qərarına İsrailin Qəzzada apardığı müharibə və Avroviziyadakı iştirakının siyasi xarakter daşıdığı iddiaları səbəb kimi göstərilir.

“Avroviziya”nın direktoru Martin Qrin bildirib ki, bütün boykotlara baxmayaraq 2026-cı ildə təxminən 35 ölkənin iştirakı gözlənilir.

Xatırladaq ki, “Avroviziya 2025” müsabiqəsində ümumilikdə 37 ölkə iştirak etmişdi. Yarışın qalibi “Vasted Love” mahnısı ilə Avstriyalı opera müğənnisi JJ olmuş, İsrail isə həmin il ikinci yeri tutmuşdu.

Gülbəniz Səfərova


Bənzər xəbərlər