media-inshot_20250805_185125995

Qırğızıstanın paytaxtı Bişkekdə 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar şəhərin bütün ərazilərində hiss olunub.

Dağıntı və ya xəsarət alanlar barədə məlumat yoxdur. Yerli səlahiyyətli orqanlar vəziyyəti nəzarətdə saxladıqlarını bildiriblər.

Xatırladaq ki, bu gün İranın Kerman əyalətinin Zehkəlut şəhərində də 5,4 bal gücündə zəlzələ baş vermişdi.

Gülbəniz Səfərova


Bənzər xəbərlər