Soçiyə gedən təyyarə hava limanına geri qayıtdı
Soçiyə gedən “Boeing 737” tipli sərnişin təyyarəsi göydə texniki nasazlıq üzündən Novosibirskdəki Tolmaçovo hava limanına qayıtmağa məcbur olub.
Patrulaz.az “SHOT” teleqram kanalına əsasən xəbər verir ki, göyərtəsində 149 sərnişin və 7 ekipaj üzvü olan təyyarə Çulım üzərində dövrə vuraraq yanacağı boşaldıb. Daha sonra pilotlar eniş üçün icazə özləyib.
Məlumata görə, nasazlığa səbəb göyərtədə təzyiqin itməsidir.
Qeyd edək ki, təyyarə sərnişinlər üçün həyati təhlükə olmadan ekipaj təlimata uyğun şəkildə hərəkət edib.






