media-6e46fade-1a3e-491a-ab27-bccbe7389d80

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 6-da və 7-də İmişli rayonunda növbəti vətəndaş qəbulu keçirib.

Patrul.az xəbər verir ki, nazir əvvəlcə İmişli rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Daha sonra Polis Şöbəsinin inzibati binasında İmişli, Füzuli, Beyləqan, Xocavənd, Saatlı, Sabirabad və Kürdəmir rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 264 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.

Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.

Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 216 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

media-0808124e-aae5-47b7-b411-1da63a666c61 media-1ae6240f-669d-49f6-9a1f-7c34a717bf53 media-75e79003-1807-4dbf-b4a6-c368c96dfea7 media-d5d8b6d8-89dd-4b88-b06a-4204d9586fd7 media-villll


Bənzər xəbərlər