DƏHŞƏT: 160 nəfəri daşıyan gəmi batdı
Qərbi Afrika sahillərində bədbəxt hadisə baş verib.
Patrulaz.az “ANSA”ya istinadən xəbər verir ki, Kanar adalarına doğru yola çıxan və içərisində 160 miqrant olan gəmi batıb.
Hadisə nəticəsində 49 nəfərin həlak olduğu, onlarla şəxsin isə itkin düşdüyü bildirilib. Məlumata görə, gəmidə əsasən Qambiya və Seneqaldan olan insanlar olub.
Hazırda sahil mühafizə xidməti tərəfindən axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qeyd edək ki, dünyanın ən təhlükəli marşrutlarından sayılan Atlantik yolunda miqrant faciələri hər il yüzlərlə insanın həyatına son qoyur. Statistikaya əsasən, təkcə 2024-cü ildə Avropaya keçməyə çalışan 9757 nəfər həlak olub.
Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatına görə, həmin il Atlantik marşrutu boyunca ən azı 3366 nəfər dənizdə boğularaq həyatını itirib.

Gülbəniz Səfərova






