media-inshot_20260420_101620835

ABŞ-də ailədaxili dəhşətli cinayət törədilib.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı kişi həyat yoldaşını və 8 uşağı qətlə yetirib.

Hadisə bu gün səhər saatlarında ABŞ-nin Luiziana ştatında üç ayrı evdə baş verib.

Qətlə yetirilən uşaqların 3-ü oğlan, 5-i qız olub və onların yaşı 3 ilə 11 arasındadır. Onlardan 7-si qatilin öz övladı, biri isə əmioğlu olub.

Cinayətkar daha iki qadını və bir uşağı da ağır yaralayıb. Qadınlardan birinin vəziyyəti ağırdır. Digər uşaq isə hadisə zamanı damdan tullanarkən xəsarət alıb, lakin vəziyyətinin yaxşı olduğu bildirilir.

Məlumata görə, cinayət məişət zəminində törədilib.

Qətli törədən şəxs hücumdan sonra hadisə yerindən qaçmağa çalışarkən polislər tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər