media-inshot_20250818_125017914

Hindistanın Andhra Pradeş ştatında gecə saatlarında baş verən hadisə yerli sakinləri şoka salıb.

Patrulaz.az “Lenta.ru”ya istinadən xəbər verir ki, üç yaşlı uşaq evinin yaxınlığında yatarkən bəbirin hücumuna məruz qalaraq, kolların içərisinə sürüklənib.

Uşağın atası vəziyyəti görərək dərhal heyvanın arxasınca gedib. Xoşbəxtlikdən o qızını xilas edə bilib.

Uşaq dərhal xəstəxanaya aparılıb. Həkimlərin məlumatına görə, onun vəziyyəti stabildir.

Qeyd edək ki, hadisə kənd sakinləri arasında etirazlara səbəb olub. Onlar meşə idarəsinin vəhşi heyvanlarla bağlı təhlükəsizlik tədbirlərini yetərli hesab etmədiyini bildirərək yolu bağlayıblar. Yerli hakimiyyət orqanları isə bölgədə təhlükəsizlik tədbirlərini gücləndirəcəklərinə söz verib.


Bənzər xəbərlər