DƏHŞƏT: Gəmi ağaca çırpıldı, 29 sərnişin həlak oldu
Nigeriyanın Niger əyalətində sərnişin gəmisinin batması onlarla insanın həyatına son qoyub.
Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 29 nəfər həlak olub, 50 nəfər isə xilas edilib.
Nigeriya Dövlət Fövqəladə Halların İdarə Olunması Agentliyinin (SEMA) baş direktoru Abdullahi Baba-Arah hadisə ilə bağlı açıqlamasında bildirib ki, Tuqan Sule bölgəsində həddindən artıq yüklənmiş gəmi çayda hərəkət edərkən ağaca çırpılaraq batıb.
“Qayıqda təxminən 90 nəfərin olduğu ehtimal edilir. Hazırda bölgədə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır”, – deyə Baba-Arah vurğulayıb.
Qeyd edək ki, Nigeriyada yağışlı mövsümdə bu cür qəzaları tez-tez baş verir. Sonuncu belə hadisə isə avqustun 31-də Zamfara əyalətinin Birnin Maqaji bölgəsində qeydə alınmış, sərnişin qayığının batması nəticəsində 13 nəfər həyatını itirmişdi.
Gülbəniz Səfərova






