media-inshot_20250827_141521245

Hindistanın Odişa ştatında faciəvi hadisə baş verib.

Patrulaz.az “Xaricİ KİV”ə istinadən xəbər verir ki, 22 yaşlı bloger Saqar Duduma şəlaləsində dron vasitəsilə turistik yerlər haqqında video çəkərkən qəfil güclənən sel sularının altında qalıb.

Hadisə zamanı şəlalənin ortasında dayanan gənci dostları kəndirlə xilas etməyə çalışsa da, güclü axın buna imkan verməyib.

Rəsmilər bildiriblər ki, intensiv yağışlardan sonra bölgədə suyun səviyyəsinin qalxması ilə bağlı əhaliyə əvvəlcədən xəbərdarlıq edilib.


Bənzər xəbərlər