media-inshot_20250812_084521996

Hindistanın Madhya Pradeş ştatında meşədə mal-qara otaran 22 yaşlı gənc  pələngin hücumuna məruz qalıb.

Patrulaz.az “The Times of India”ya istinadla xəbər verir ki, gənc oğlan hadisə zamanı təhlükədən xəbərsiz olub. Pələng əvvəlcə heyvanlarından birini öldürərək onu yanında gizlənib. Oğlan isə oraya yaxınlaşdıqda yırtıcı kolların arasından qəfil sıçrayaraq ona hücum edib.

Bədbəxt hadisə nəticəsində pələng oğlanı parçalayıb.

“Hadisə yerinə çatan meşə idarəsinin əməkdaşları gəncin qalıqlarını aşkarlayıb və yarılma üçün xəstəxanaya göndəriblər. Hazırda pələngin izi sürülür,” – yerli meşə xidməti bildirib.

Qeyd edək ki, bölgədə son aylarda insanlara pələnglərin hücumları artıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər