Dəhşətli hadisə: 700-ə yaxın avtomobil yanaraq kül oldu - VİDEO
Meksikanın Akapulko şəhərində genişmiqyaslı yanğın baş verib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə avtomibillərin saxlanıldığı cərimə meydançasında qeydə alınıb.
Yanğın zamanı xəsarət alanların olmadığı bildirilsə də, təxminən 700 avtomobil yanaraq yararsız hala düşüb.
Alovun söndürülməsinə yerli yanğınsöndürənlərlə yanaşı, Texas ştatının San-Markos şəhərindən gələn mütəxəssislər və ştat hökumətinin qüvvələri də cəlb olunub. Onlar yanğının söndürülməsi üçün 7 saatdan çox mübarizə aparıblar.
Məlumata görə, yanğın dörd hektarlıq ərazini əhatə edib və onun 90 faizi artıq nəzarət altına alınıb.
Qeyd edək ki, hadisənin dəqiq səbəbi hələlik müəyyən edilməyib, araşdırmalar davam edir.
Gülbəniz Səfərova






