DƏHŞƏTLİ KƏŞF: Tovuz quşunun quyruğundakı naxışlar lazer şüası yaratdı
Tovuz quşlarının rəngarəng və gözoxşayan quyruqları uzun illərdir heyranlıqla izlənilsə də, alimlər bu gözəlliyin arxasında indiyə qədər məlum olmayan texnoloji sirri üzə çıxarıblar.
Patrulaz.az xəbər verir ki, ABŞ-nin Florida Politexnik Universitetində aparılan tədqiqatlar nəticəsində tovuz quşunun quyruq lələklərindəki “göz” naxışlarının lazer şüası yaratdığı müəyyən olunub.
Araşdırmalar zamanı xüsusi boya ilə aparılan analizlər bu hissələrdə işığı həm irəli, həm də geri əks etdirən və lazer effekti formalaşdıran nanostrukturların olduğunu ortaya çıxarıb.
Tədqiqatın müəlliflərindən olan fizik Natan Davson kəşfi belə izah edib:
“Tovuz quşunun üzərinə düşən işıq, güzgü kimi əks olunaraq lazer effekti yaradır. Bu proses tamamilə təbiidir və texnologiyaya ilham verəcək səviyyədədir.”
Qeyd edək ki, alimlərim fikrincə, bu kəşf tibb, kino, rabitə sistemləri və lazer printer texnologiyasında yeni imkanlar aça bilər. Təbii strukturların bu qədər mürəkkəb optik effektlər yaratması isə elm aləmini həyəcanlandıran əsas faktorlardandır.
Gülbəniz Səfərova






