media-inshot_20251029_183720397

Karib dənizində formalaşan və sürətlə güclənən “Melissa” qasırğası Yamaykanı vurduqdan sonra Kubaya doğru hərəkət edib.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində Kubanın şərq bölgələrində təxminən 735 min nəfər evlərini tərk etməyə məcbur olub.

Yamaykanın cənub-qərbində yerləşən Müqəddəs Elizabet kilsəsi tamamilə su altında qalıb, 500 mindən çox sakin isə elektrik enerjisiz qalıb.

Yamayka Baş naziri Endryu Holness CNN telekanalına açıqlamasında bildirib ki, ilkin hesabatlara görə, xəstəxanalara, yaşayış və kommersiya obyektlərinə, həmçinin yol infrastrukturuna ciddi ziyan dəyib.

Qasırğa sonrası yayılan görüntülərdə yıxılmış elektrik xətləri, palçıqlı suda qalan avtomobillər və zibil qalaqları müşahidə olunub.


Bənzər xəbərlər