media-inshot_20260428_093033164

Sudanın cənubunda ağır təyyarə qəzası baş verib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, “CityLink Aviation” şirkətinə məxsus təyyarə Yei şəhərindən paytaxt Cubaya uçarkən, Cuba Beynəlxalq Hava Limanı yaxınlığındakı Luri bölgəsində yerə çırpılıb.

Təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 14 nəfərin (13 sərnişin və 1 pilot) hamısı həlak olub. Ölənlərdən 12-si Cənubi Sudan, 2-si isə Keniya vətəndaşıdır.

İlkin araşdırmalara və Cənubi Sudan Mülki Aviasiya İdarəsinin məlumatına görə, faciəyə əlverişsiz hava şəraiti və bunun nəticəsində yaranan zəif görünmə (dumanlı hava) səbəb olub. Təyyarə havaya qalxdıqdan təxminən 30 dəqiqə sonra radarlardan itib.

Hadisə yerindən paylaşılan görüntülərdə təyyarə qalıqlarının alov içində olduğu və qəzanın dumanlı, təpəlik ərazidə baş verdiyi görünür.

Hazırda rəsmi qurumlar tərəfindən genişmiqyaslı araşdırmalar davam etdirilir.


Bənzər xəbərlər