media-img_3843

Aprelin 8- tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən mediaturda buraxılış və qəbul imtahanın qiymətləndirilməsi prosesini mediada işıqlandırıb.

Patrul.az-ın verdiyi məlumata görə, tədbirin əvvəlində DİM-in mətbuat katibi Xanlar Xanlarzadə çıxış etmiş, daha sonra DİM-in aparat rəhbəri Vəfadar Misirov çıxış edib. Onun sözlərinə görə, Mərkəz imtahan materiallarının vaxtında ictimaiyyətə təqdim olunması üçün fasiləsiz iş aparıır.

DiM-in markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov isə ümümlikdə 3 milyona yaxın qiymətləndirmə həyata keçirildiyini qeyd edib.Aydın Qasımov Laçın və Cəbrayılda da bu üsullarla yoxlama proseslərinin həyata keçirildiyini vurğuladı. O həmçinin təkcə riyaziyyat fənnindən 50-mindən çox adamın imtahan verdiyini qeyd edib.

DİM-in beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elmir Şirinov da “onlayn marker” sisteminin beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlərdən bəhs edib.

Mediaturun yekununda isə kiv nümayəndələri sözügedən şəxslərə suallar ünvanlayıblar.


Bənzər xəbərlər