media-inshot_20250723_141259760

Kürdəmir şəhər Cümə məscidinin imamı Aqil Əliyevin məlumatına görə, rayonda yas məclislərində ehsan verilməsi ləğv olunub. O bildirib ki, ağsaqqallar və din xadimləri birlikdə belə bir qərara gəliblər.

Bundan 10 gün öncə Sabirabad şəhəri və kəndlərində də yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilmişdi.

Bəs din nə deyir, ehsan verilməsi vacibdirmi? Nəyə görə getdikcə bu ənənə aradan qaldırılır?

Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfan Patrulaz.az-a fikirlərini bölüşüb.

Onun sözlərinə görə, dində vəfat edən adam üçün ehsan vermək yoxdur:

“Bu, çox sonralar uydurulmuş əməllərdir. Əksinə, dində ölü sahibinə yemək, ərzaq aparmaq var. Peyğəmbər belə buyurub ki, yası düşən adamın ailəsinə kömək edin. Yası düşən adama ehsan verdirmək çox çirkin, murdar vəhşi bir adətdir ki, hələ onu da dinə bağlamaqla daha böyük günah edilir. Çox kasıb adamlar adətə görə, qınaqdan, qeybətdən qorxaraq kredit, sələm, borc götürüb inək, dana alır, kəsir ki, camaat, molla doyunca yesin. Bunlar günah işlərdir”.

media-img-20250623-wa0009

İlahiyyatçı qeyd edib ki, ehsan təmənnasız və səmimi olmalıdır:

“Zorla ehsan olmaz. Bu, qonaqlıqdır. Bəzən də vəfat edən adamın yetim övladı qalır. Yığışıb onu malını, heyvanını parçalayıb camaata yemək hazırlayırlar. Yetim malı yemək Quranda böyük haramlardandır. Xəstə və yaşlı adamlar üçün yüngülvari qəlyanaltı təşkil etmək olar, o da yaxınların gətirdiyi ərzaqdan. Yas evində yemək bişməz”.

Ləman Sərraf


Bənzər xəbərlər