Dini inancları təhqir edən şəxs saxlanıldı
Sosial şəbəkələrdə dini inancları təhqir edən şəxs polis tərəfindən saxlanılıb.
Patrul.az xəbər verir ki, Üzeyir Abas adı ilə sosial şəbəkələrdə videolar paylaşan və dini inanacları aşağılayan 1979-cu il təvəllüdlü şəxs barəsində prosessual tədbirlər davam etdirilir.
Qeyd edək ki, Üzeyir Abas bir müddətdir dini kitablar və inanclarla bağlı paylaşımlar edirdi. O, özünü yazıçı-publisist kimi təqdim edib. (Qafqazinfo)






