Dini yürüş zamanı körpü uçdu - VİDEO
Rusiyada dini yürüş zamanı körpü uçub.
Patrulaz.az “Baza” telegram kanalına əsasən xəbər verir ki, Rusiyanın Voloqda vilayətində dini yürüş zamanı körpünün uçması nəticəsində səkkiz nəfər xəsarət alıb.
Məlumata görə, zəng sədaları altında yürüş edən dindarlar 50 metrlik körpüdən keçərkən qəfil uçub. Hadisə zamanı körpü üzərində 25-ə yaxın insan olub.
Yaralananlardan biri səkkizinci sinif şagirdidir. Zərərçəkənlər əsasən sınıq, qançır və sıyrıqlarla xəstəxanaya yerləşdiriliblər.
Rəsmilər körpünün artıq bərpa olunduğunu bildiriblər. Hadisə ilə bağlı araşdırma aparılır.
Gülbəniz Səfərova






