media-inshot_20251223_144545139

Türkiyənin Mersin vilayətinin Anamur rayonunda məktəb direktorunu tüfənglə yaralayan 12 yaşlı şagird və onun atası həbs edilib.

Patrul.az Türkiyə mediasına əsasən xəbər verir ki, hadisə dünən məktəbin həyətində baş verib. Belə ki, həyətdə oturan direktor şagirdinin qəfil tüfəngli hücumuna məruz qalıb.

Hadisə nəticəsində yaralanan məktəb direktorunun vəziyyətinin ağır olduğu bildirilir.

Aparılan istintaq zamanı məlum olub ki, hadisəyə səbəb kimi məktəb direktoru Ender Karanımın ötən həftə məktəbə elektrikli velosipedlə gələn şagirdə xəbərdarlıq etməsi göstərilir. İddiaya görə, bu xəbərdarlıqdan bir gün sonra yeniyetmə məktəbə tüfənglə gələrək direktoru ağır yaralayıb.

Hadisədən bir gün əvvəl isə cinayəti törədən şagirdin sosial şəbəkədə etdiyi paylaşım üzə çıxıb. Yeniyetmənin “Atam qarşımda və arxamda olduğu müddətcə mən ağayam, mən paşayam” qeydi ilə paylaşdığı hekayə ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub.

Hazırda saxlanılan ata və oğul barəsində istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisənin baş verdiyi məktəbdə dərslər bir günlük dayandırılıb.

Həmin paylaşımı təqdim edirik:

media-okul-mudurunu-vuran-12-yasindaki-ogrencinin-19381868_9983_m

Gülbəniz Səfərova­

 


Bənzər xəbərlər