media-inshot_20250821_110048920

Dişləri gündəlik fırçalamaq ağız gigiyenasının əsas şərtidir. Amma bəzən insanlar nə qədər dişlərini yusalar da, rənginin sarı qalmasından şikayət edirlər. Bu hal hər zaman pis baxım demək deyil, əksinə, müxtəlif səbəblərin göstəricisi ola bilər.

Patrulaz.az-ın araşdırmasına görə, ən çox rast gəlinən səbəblərdən biri qidalanmadır. Çay, qəhvə, qazlı içkilər və siqaret diş minasını rəngləyərək saralmasına səbəb olur. Bundan başqa, bəzi antibiotiklərin uzun müddətli istifadəsi, həmçinin kalsium çatışmazlığı da diş rəngində dəyişiklik yarada bilər. Yaş artdıqca mina təbii olaraq nazildiyi üçün dişin alt qatındakı dentin daha çox görünür və dişlər sarı görünməyə başlayır.

Əgər bütün gigiyena qaydalarına əməl edirsinizsə, amma dişlər yenə də sarıdırsa, bu, həm də orqanizmdə gizli problemlərin, məsələn, qaraciyər və ya maddələr mübadiləsi pozğunluqlarının xəbərçisi ola bilər.

Belə hallarda ən doğru addım stomatoloqa müraciət etməkdir. Çünki dişlərin rəngi təkcə estetik məsələ deyil, həm də ümumi sağlamlığımız barədə mühüm ipucu verir.

Ləman Sərraf


Bənzər xəbərlər