Donald Tramp: “Yenə də məni günahlandıracaqlar”
ABŞ Pezidenti Donald Tramp saxta xəbər mediası və radikal demokratların Rusiya məsələsində uğursuzluq olarsa, onu günahlandıracaqlarını açıqlayıb.
Patrulaz.az “Lenta.ru”ya istinadla xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsindəki hesabında bildirib ki, hətta Rusiya təslim olsa belə, bəzi KİV-lər bu hadisəni onun üçün mənfi və alçaldıcı göstərməyə çalışacaq:
“Əminəm ki, Rusiya desəydi ki, “təslim olduq, Ukrayna ilə işimiz bitdi və Moskvanı ABŞ-yə və onların ətrafına veririk”, saxta media və demokrat partnyorları bunu Donald Tramp üçün pis gün kimi təqdim edərdi.
Bundan əvvəl Tramp Rusiya Prezidenti Vladimir Putin ilə Alyaskada apardığı danışıqları uğurlu adlandırmış və medianı faktları təhrif etməkdə ittiham etmişdi.
Qeyd edək ki, Tramp medianın ondan gələn xəbərlərə qarşı dürüst davranmadığını vurğulayır və hər fürsətdə bu mövqeyini təkrar edir.






