media-inshot_20250825_204120559

ABŞ prezidenti Donald Tramp İsrailin Qəzzada xəstəxananı hədəfə alması nəticəsində 20 nəfərin, o cümlədən 5 jurnalistin həlak olmasına münasibət bildirib.

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, Tramp hadisənin gecə baş verdiyini və bundan xəbərsiz olduğunu deyib:

“Bu nə vaxt baş verib?” – deyə jurnalistin sualına cavab verən Tramp, hadisədən xəbərdar olmadığını vurğulayıb.

O, hadisəni bəyənmədiyini bildirərək münaqişəyə son qoyulmasının vacibliyini qeyd edib:

“Bu mənim xoşuma gəlmir. Mən onu görmək istəmirəm. Eyni zamanda, bu kabusa son qoymalıyıq. Girovları çıxaran mənəm. Mən onları çıxartdım”.

Xatırladaq ki, bu gün Qəzzada baş verən hücum nəticəsində 20 nəfər həlak olub, onların arasında 5 jurnalist də var.

Qeyd edək ki, Qəzzada müharibə başlayandan bu yana həlak olan jurnalistlərin sayı 200-ə çatıb.


Bənzər xəbərlər