media-img_7791

NATO üzvləri Polşa, Litva, Latviya və Estoniya qonşuları Rusiyadan gələn hərbi təhlükə səbəbindən piyada əleyhinə minaları qadağan edən Ottava konvensiyasından çıxmağı planlaşdırır.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, 160-dan çox ölkə tərəfindən ratifikasiya edilmiş 1997-ci il sazişindən çıxmaq Polşaya və üç Baltikyanı dövlətə yenidən mina yığmağa və istifadə etməyə imkan verəcək.

Dörd ölkənin müdafiə nazirləri birgə bəyanatlarında Rusiya və Belarusla həmsərhəd olan NATO-ya üzv dövlətlərə qarşı hərbi təhdidlərin əhəmiyyətli dərəcədə artdığını bildiriblər.

Bu qərarla açıq bir mesaj vermək istədiklərini bildirən nazirlər, ölkələrini müdafiə etmək üçün hər cür tədbirə hazır olduqlarını bildiriblər.


Bənzər xəbərlər