media-inshot_20251226_100831278

“Böyük Britaniya, Fransa, Almaniya və Türkiyə müharibə başa çatdıqdan sonra Ukraynaya sülhməramlı kontingent göndərməyə hazırdır”.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

Onun sözlərinə görə, Ukrayna Rusiyanı çəkindirmə yükünü təkbaşına daşımamalıdır, beynəlxalq tərəfdaşlar bu prosesə qoşulmalıdırlar:

“Bütün bunları kim maliyyələşdirəcək? Hər şeyi vahid sistemə inteqrasiya etmək üçün kim iştirak edəcək və Rusiyanı çəkindirmə proseslərini kim moderasiya edəcək? Daha sonra isə sual yaranır ki, bununla maraqlanan digər ölkələrin nümayəndələri də burada iştirak etməlidirlər”, – deyə Podolyak bildirib.

Xatırladaq ki, NATO-nun baş katibi Mark Rutte bəzi Avropa ölkələrinin Ukraynada sülhü qorumaq məqsədilə qoşun göndərməyə hazır olduqlarıını açıqlayıb.

media-inshot_20251226_100538267
Mixaylo Podolyak

 


Bənzər xəbərlər