media-226bd16d-52e5-48a0-b085-69665af88be2

Səbail rayonu ərazisində bir nəfərin bank kartından 440 manat pul oğurlanıb.

Patrul.az-ın məlumatına görə, polisə müraciət edən zərərçəkən kartını məlumatları ilə birgə dostuna etibar etdiyini, sonradan isə həmin şəxsin pulu öz hesabına köçürdüyünü bildirib.

Səbail RPİ 8-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı O.Mustafayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Bənzər xəbərlər