media-img_6362

“Azərbaycanın ayrı-ayrı dövlətlərlə münasibətlərdə qarşılıqlı faydalı əməkdaşlıq siyasəti yürütməsi, etibarlı tərəfdaş olması, eləcə də yerləşdiyimiz coğrafi mövqe və təbii sərvətlərdən baxımından zənginlik ölkəmizi dünyanın müxtəlif qitələrində olan dövlətlər üçün cəlbedici edir. Təbii ki, ayrı-ayrı dövlət başçılarının Azərbaycana müşahidə edilən müntəzəm səfərləri də həm mövcud münasibətlərin inkişaf etidirilməsi, həm də yeni münasibətlər qurulması baxımından əhəmiyyətlidir. Xüsusilə də Azərbaycan üçün dost olan və etibarlı müttəfiq olduğunu sübut etmiş ölkələrin rəhbərlərinin gəlişi böyük əhəmiyyət daşıyır. Çünki belə görüşlər ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına təkan verməklə yanaşı, həm də müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.


O bildirib ki, Pakistan Baş Naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri xüsusilə əhəmiyyətlidir: “Məlumdur ki, Pakistan Türkiyədən sonra Azərbaycanın dövlət müstəqilliyini tanıyan ikici dövlət olub. Dost ölkə olan Pakistan hər zaman Azərbaycanla münasibətlərə xüsusi önəm verib və məhz bu önəmin nəticəsidir ki, uzun illər ərzində Pakistan Ermənistanla hər hansı diplomatik münasibətlər qurmayıb.
Azərbaycan-Pakistan əlaqələri tarixin sınağından da uğurla çıxıb. Hətta Pakistanda daxili qeyri stabillik, siyasi böhran hökm sürdüyü illərdə belə Pakistanın Azərbaycana olan münasibəti heç vaxt dəyişməyib. Nəticədə Azərbaycan-Pakistan əlaqələri illərlə inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. 2015-ci il martın 11-14-də Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” isə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərini yeni mərəhləyə qaldırıb.
İki ölkə arasında münasibətlər inkişafı, səfərlərin intensivləşməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığı üçün də yeni imkanlar açıb. Bu isə hər üç ölkənin milli maraqlarının müdafiəsi baxımından, eləcə də Avroasiya regionunda təhlükəsizlik sisteminin möhkəmləndirilməsi baxımından olduqca vacibdir.
Cənab Məhəmməd Şahbazın ölkəmizə hazırki səfəri də həm iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyması, həm də dəyişən geosiyasi prosseslər və xüsusilə də dünyanın yeni təhlükəsizlik xəritəsinin formalaşması fonunda yeni ittifaqların yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Səbinə Hüseynli


Bənzər xəbərlər