Dövlət başçıları Ağdamda Qarabağ atlarının Zəfər şousunu izlədilər - VİDEO
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün Azərbaycanda keçirilməsi ilə əlaqədar ölkəmizdə səfərdə olan Təşkilata üzv dövlətlərin liderəri və rəsmilər Qarabağa səfər edib.
Patrulaz.az xəbər verir ki, səfər ərəfəsində liderlər Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Ağdam İmarət Kompleksində Qarabağ atlarının Zəfər şousunu izləyiblər.
Qeyd edək ki, ECO-nun 17-ci Zirvə görüşü Xankəndi şəhərində baş tutacaq.