DTX kollektivi Xocalı soyqırımı qurbanlarını yad etdi - FOTOLAR
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları anım ziyarəti həyata keçiriblər.
Patrul.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Abidənin önünə gül dəstələri qoyulub, Xocalı soyqırımı zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.







