media-inshot_20260409_194150209

Braziliyanın Rio-de-Janeyro şəhərində Qılıncoynatma üzrə Dünya Çempionatının keçirilməli olduğu Olimpiya stadionunda güclü yanğın baş verib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, yanğın aprelin 8-nə keçən gecə stadionun dam örtüyündə başlayıb.

Hadisə yerinə dərhal cəlb olunan  yanğınsöndürənlər alovun qarşısını qısa müddətdə ala biliblər.

Yanğın zamanı stadion boş olduğundan xoşbəxtlikdən xəsarət alan olmayıb. İlkin ehtimallara görə, yanğına texniki avadanlıqlardakı nasazlıq səbəb olub.

Hadisədən sonra Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) idmançıların təhlükəsizliyini təmin etmək məqsədilə dərhal qərar qəbul edib. Belə ki, stadionda keçirilməsi planlaşdırılan bütün qalan döyüşlər qonşuluqdakı Arena Carioca 1-ə köçürülüb. Hazırda turnir həmin arenada qrafikə uyğun davam edir. 


Bənzər xəbərlər