media-inshot_20250917_102111803

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Portuqaliyanın “Benfika” klubunu səfərdə 3:2 hesabı ilə məğlub edən “Qarabağ”ın qələbəsi dünya mediasında geniş əks-səda doğurub.

Patrulaz.az xəbər verir ki, Rusiyanın məşhur idman kanalı “Матч ТВ” “Qarabağ”ın Lissabondakı qələbəsini “fantastik start” adlandıraraq, Azərbaycanın tarixi nəticəsinə diqqət çəkib:

“”QARABAĞ” “BENFİKA”nı MƏĞLUB ETDİ! Futbolçular Portuqaliyanın ən yaxşı komandasına qarşı səfərdə geri qayıtdılar. Azərbaycanlılar üçün əla başlanğıcdır. Bunu gözləyirdiniz?”

media-img_20250917_094218_161

“Sport-Express” nəşri isə komandanın 0:2 hesabla geridə olduğu matçda böyük dönüş edərək qalib gəlməsini xüsusi vurğulayıb. Xəbər portalı bu qələbə ilə “Real Madrid”ə də kinayəli sual ünvanlayıb:

“Real Madrid, hələ də qorxursan? Düzdü. “Qarabağ” “Benfika”ya 2:0 hesabı ilə geri qayıtmaqla birbaşa Çempionlar Liqasına yüksəlir”.

media-img_20250917_094217_767

Türkiyə mətbuatı da bu uğuru qeyd edib. “Galatasaray Gazetesi” Azərbaycan klubunu “qardaş komanda” adlandıraraq təbrik edib.

media-img_20250917_094218_292

Məşhur italyan idman jurnalisti Fabrizio Ramona isə “Qarabağ”ın qələbəsini yüksək qiymətləndirərək “Tarixi Qarabağ dönüşü!” başlıqlı yazı ilə paylaşıb.

O, həmçinin Leandro Andradenin fotosunu paylaşaraq “Matçın Adamı kim oldu?” sualını ünvanlayıb.

media-img_20250917_094218_122

Dünyanın ən böyük futbol portallarından olan “Transfermarkt.com tr” bu nəticəni belə dəyərləndirib:

“Qarabağ FK səfərdə 2:0 hesablı qələbə qazanaraq Benfikaya 3:2 hesabı ilə qalib gələrək 3 xal qazandı!”.

media-img_20250917_094218_407

Rusiyanın məşhur “Çempionat” portalı isə meydan sahiblərinin güclü başladığını, lakin üstünlüyünü qoruyub saxlaya bilmədiyini vurğulayıb:

“VASK Qarabağın Kambeçişesi Çempionlar Liqasında! Onlar Benfikanı 0:2 hesabı ilə məğlub etdi. Portuqaliyalılar ev matçına güclü başlasa da, sürəti azaldı. 2:1, 2:2 və sonda qonaqlar ən vacib üç xalı əldə etdilər”.

media-img_20250917_094217_794

Beləliklə, Ağdam təmsilçisinin bu tarixi qələbəsi təkcə Azərbaycan futbolunda deyil, həm də beynəlxalq idman mediasında gündəmin əsas mövzusu olub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər