media-inshot_20250820_105418657

“Titanik” təkcə bir sevgi filmi yox, həm də kino tarixinin ən maraqlı arxa plan hekayələrinə sahib əsərlərdən biridir. 

Əgər hər şeyin filmdə gördüklərimizdən ibarət olduğunu düşünürsünüzsə, yanılırsınız.

Patrulaz.az sizə “Titanik” filmi haqqında çoxlarının bilmədiyi faktları təqdim edir:

1. Ən bahalı film

“Titanik” 1997-ci ildə çəkiləndə kino tarixinin ən bahalı filmi idi – büdcəsi təxminən 200 milyon dollar olmuşdu. Maraqlıdır ki, bu məbləğ hətta gəminin özünün inşasına xərclənən pulu da geridə qoyurdu.

2. Donan aktyorlar

Su səhnələri çəkiləndə istifadə edilən hovuzun temperaturu realistik görünsün deyə soyuq idi. Bir çox aktyor uzun müddət suda qalmaqdan donduqlarını etiraf edib.

3. DiCaprio’nun məşhur səhnəsi

Leonardo DiCaprio’nun dediyi “Mən dünyanın kralıyam!” replikası ssenaridə yox idi. O, bu sözləri çəkilişdə improvizasiya edib, rejissor Ceyms Kemeron isə səhnəni bəyəndiyi üçün filmdə saxlayıb.

4. Təhlükəli yemək

Çəkilişlər zamanı heyət üzvləri naharda zəhərlənib. Sonradan məlum olub ki, qəsdən yeməklərinə narkotik maddə qatılıb. Bu hadisə hələ də müəmmalı qalır.

5. Əsl rəsmlər

Filmdə Keyt Uinsletin canlandırdığı Rouzun rəsmləri əslində rejissor Ceyms Kemeronun öz əl işidir. Yəni filmdə Rouzu çəkən “Cek” əslində Kemeronun fırçasıdır.

6. Musiqi və əbədi sevgi

Filmin ən məşhur mahnısı – Celine Dion’un ifa etdiyi “My Heart Will Go On” – əvvəlcə ssenaridə yox idi. Dion bu mahnını oxumaq istəmirdi, amma sonradan filmə daxil oldu və dünya hitinə çevrildi.

7. Film çəkilişlərinin müddəti

Çəkilişlər 160 gündən çox davam edib. Gəminin böyük dekorasiyası isə orijinal ölçüyə yaxın miqyasda hazırlanmışdı.

Ləman Sərraf


Bənzər xəbərlər