media-inshot_20250618_114500008

Dünya turuna çıxan berlinli səyahətçi Felix Roos, avtostopla Almaniyadan Şri-Lankaya qədər uzanan qeyri-adi səfərinin ardından Türkiyəyə qayıdıb. 

Patrulaz.az xarici mediaya istinadən xəbər verir ki, hal-hazırda Samsunun Bafra ərazisində olan Roos, səyahətlərini təyyarədən istifadə etmədən davam etdirir.

Təxminən iki il əvvəl dünya mədəniyyətlərini daha yaxından tanımaq məqsədilə yola çıxan Felix Roos, ilk ilində avtostopla Almaniyanın paytaxtı Berlindən Şri-Lankaya qədər gedib. Səfəri zamanı fərqli ölkələrdə yüzlərlə insanla tanış olub, onların evində qonaq qalıb və müxtəlif mədəniyyətləri birbaşa təcrübə edib. Şri-Lankadan geri dönərkən də heç bir təyyarədən istifadə etmədən səyahət etməyə qərar verib.

Avtostopla səyahətin ona çox sayda həyat dərsi verdiyini deyən Roos belə bildirib:
“Tanımadığım insanlar məni evlərinə dəvət edir, yeməklərini paylaşırlar. Bu yaşam tərzinə aşiq olmuşam. Həyata və insanlara baxışım tamamilə dəyişdi”.

Roos, Türkiyəyə xüsusi bir bağlılıq hiss etdiyini vurğulayaraq belə deyib:
“Türkiyə qonaqpərvərliyi, yeməkləri və insanları ilə məni çox təsirləndirdi. Burada çox gözəl xatirələr topladım”.

Hazırda Bafrada kiçik bir avtostop səyahətinə hazırlaşan Felix Roosun növbəti hədəfi isə Kızılırmak Deltası və Quş Cənnətini ziyarət etməkdir. Təbiətlə iç-içə olmağı sevən Roos, bu bölgəni maraqla kəşf etmək istəyir.

Felix Roosun ilhamverici səyahəti, dünyada mədəniyyətlərarası anlayışa və insanlar arasında əlaqələrin gücünə olan inamı daha da möhkəmləndirir.

Ləman Sərraf


Bənzər xəbərlər