media-inshot_20250820_160123311

Tənbəllik bu gün maraqlanılan, eyni zamanda ölçülməsi çətin olan fenomenlərdən biridir. Ən aktiv və ən passiv şəhərləri müəyyən edən elmi araşdırmalar çox vaxt “gündəlik addım sayı”, “iş saatı”, “idmanla məşğul olmama” kimi meyarlara əsaslanır.

Bəs dünyanın ən tənbəl ölkəsi hansıdır?

Patrulaz.az-ın araşdırmasına görə, dünyanın ən tənbəl ölkəsi İndoneziya hesab olunur.

Stanford Universitetinin 111 ölkədən 700 mindən çox insanın smartfon hərəkət göstəricilərinə əsaslanan tədqiqatında məlum olub ki, indoneziyalılar gündə orta hesabla cəmi 3,513 addım atırlar. Bu isə dünya üzrə ən aşağı göstəricidir.

Müqayisə üçün, ən aktiv ölkələrdən olan Honq-Konqda insanlar gündə orta hesabla 6,880 addım, İsveçdə isə 6,000-dən çox addım atır. Yəni, İndoneziya sakinlərinin gündəlik hərəkət aktivliyi inkişaf etmiş ölkələrdən təxminən iki dəfə azdır.

Mütəxəssislərə görə, şəhərsalma, ictimai nəqliyyatdan istifadə vərdişləri, iqlim və həyat tərzi bu fərqlərdə böyük rol oynayır.

Ləman Sərraf


Bənzər xəbərlər