media-inshot_20250813_185130817

2025-ci il üçün açıqlanan Dünya Xoşbəxtlik Hesabatına əsasən, Finlandiya bu dəfə də “ən xoşbəxt ölkə” ünvanını ələ keçirib. Finlandiya artıq səkkizinci dəfə ardıcıl olaraq bu zirvədədir.

Niyə məhz Finlandiya bu cədvələ daim liderlik edir? 

Patrulaz.az-ın araşdırmasına görə, burada etibar, təbiətlə harmoniya, güclü sosial dəstək sistemi və yüksək həyat keyfiyyəti sinerji yaradır. Finlandiyalılar arasında digər insanlara kömək etmə, birlikdə yemək və ailə bağlarına ciddi hörmət hissinin olması yaşamlarını daha mənalı edir.

Yalnız zənginlik və rifah deyil, gündəlik həyatın sakitliyi, idarəetmədə şəffaflıq və vaxt ayırıb bir-birinə qayğı göstərmək Finlandiyanı xoşbəxt edən başlıca meyarlardır.

Ən xoşbəxt 10 ölkə belə sıralanıb:

1. Finlandiya; 2. Danimarka; 3. İslandiya; 4.İsveç; 5.Hollandiya; 6.Kosta Rika; 7.Norveç; 8.İsrail; 9.Lüksemburq; 10.Meksika

Əlavə olaraq, Azərbaycan 147 ölkə arasında 94-cü yeri alıb.

Siyahının sonuncusu isə 147-ci pillədə yer alan Əfqanıstan olub.

Hesabat hazırlanarkən ölkələr üzrə adambaşına düşən milli gəlir, sosial dəstək, sağlam ömür gözləntisi, yardım fəaliyyəti və korrupsiya səviyyəsi kimi göstəricilər əsas götürülüb.

Ləman Sərraf


Bənzər xəbərlər