media-ayetullah-mucteba-xamenei-kimdir-8249

“Həmvətənlər arasında yaranan güclü birlik səbəbindən düşməndə parçalanma yaranıb”.

Patrul.az xəbər verir ki, bu sözləri İranın ali dini lideri Müctəba Xamenei özünün “X” sosial şəbəkəsində etdiyi paylaşımda bildirib.

Xalqın həmrəyliyini yüksək qiymətləndirən ali lider qeyd edib ki, məhz bu birlik sayəsində milli birliyin daha da möhkəmlənəcəyini, düşmənlərin isə “daha da bədbəxt və alçaldılmış” olacağını bildirib.

Ali lider xalqın psixikasını hədəf alan xarici media əməliyyatlarına qarşı xəbərdarlıq edərək, daxili medianı bu məsələdə ayıq-sayıq olmağa çağırıb:

“Düşmənin media əməliyyatları xalqın zehnini və psixikasını hədəf alaraq milli birliyi və təhlükəsizliyi pozmaq niyyətindədir; qoy səhlənkarlığımız bu pis niyyətin gerçəkləşməsinə imkan verməsin”.

Bu açıqlamalar ABŞ Prezidenti Donald Trampın “Truth Social” şəbəkəsində İran rəhbərliyində “sərt xətt tərəfdarları” ilə “mötədillər” arasında qarşıdurma olduğu barədə paylaşımından sonra gəlib.

Məlumat üçün bildirək ki, atası Əli Xameneinin ölümündən sonra 2026-cı ilin martında ali lider seçilən Müctəba Xamenei fevralın 28-də baş vermiş hava hücumları zamanı yaralandığı üçün hələlik ictimaiyyət qarşısına çıxmır. Onun mesajları əsasən yazılı şəkildə və ya “X” sosial şəbəkəsi vasitəsilə çatdırılır.

Xatırladaq ki, Prezident Məsud Pezeşkian, parlament sədri Qalibaf və digər rəsmilər də bu dövrdə xalqın həmrəyliyini və yeni rəhbərliyə dəstəyi vurğulayan ortaq bəyanatlarla çıxış ediblər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər