"Düşündüyümüz heçnə alınmadı" - Qurban Qurbanov
“Nyukasl”ın gücünü bilirdik. Bu gün isə demək olar ki, düşündüyümüz heç nə alınmadı. Hər bir halda Çempionlar Liqasının çəkisi budur. Bu səviyyədə olan komandaların hamısı güclüdür”.
Patrul.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən və komandasının “Nyukasl”a 1:6 hesabı ilə məğlub olduğu oyundan sonra deyib.
O, ilk hissədə buraxılan qollara da toxunub:
“Futbolçularıma təşəkkür edirəm. Bu günə qədər çox möhkəm dayandılar. Düzdür, ilk hissədə böyük zərbə aldıq. Azarkeşlərə də təşəkkür edirəm ki, sona qədər bizimlə oldular və dəstək göstərdilər”.
Baş məşqçi Avropa futbolunun səviyyəsindən də danışıb:
“Bu vəziyyəti hər oyunda gözləyirdim. Sadəcə, bu gün baş verdi. Bu, təkcə bizim üçün yox, ümumilikdə futbol camiəsi üçün böyük təcrübə oldu. Avropa futbolu həddindən artıq inkişaf edir. Bu gün də bunun şahidi olduq,” – deyə Qurbanov əlavə edib.






