"Düşünürəm ki, Azərbaycan və Ermənistan artıq dostlaşıblar" - Tramp
Xəbər verdiyimiz kimi, bu gün Vaşinqtonda Qəzzada münaqişənin həlli məqsədilə yaradılan Sülh Şurasının ilk iclası keçirilib.
Patrul.az xəbər verir ki, iclasda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak ediblər.
Toplantı zamanı çıxış edən ABŞ Prezidenti Donald Tramp hər iki ölkə arasındakı münasibəti “dostluq” adlandırıb.
“Düşünürəm ki, Azərbaycan və Ermənistan artıq dostlaşıblar”, – deyə Tramp bildirib.
İclas zamanı Tramp həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyana sülhün yaradılmasına verdikləri töhfəyə görə bir daha təşəkkür edib.






