“Eclips” şirkəti tələbələrə verdiyi vədləri yerinə yetirmədiyi iddia olunur - VİDEO
ADPU tələbələri məzun gecəsini təşkil edən “Eclips” şirkətindən şikayət edir
Patrul.az-ın qaynar xəttinə müraciət edən bir qrup Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi məzun gecəsinin təşkili zamanı ciddi problemlərlə üzləşdiklərini bildirir.
Şikayətçilərin sözlərinə görə, iyunun 16-da keçirilən məzun gecəsinin təşkili “ECLIPS” adlı şirkətə həvalə olunub və hər iştirakçıdan 195 manat olmaqla ödəniş toplanıb. Tələbələr iddia edirlər ki, şirkət tərəfindən əvvəlcədən verilən vədlərin əksəriyyəti yerinə yetirilməyib.
Onların sözlərinə görə, tədbirin dekorasiya işlərinin “Art Decor” tərəfindən həyata keçiriləcəyi bildirilsə də, bu baş verməyib. Həmçinin, foto və video çəkilişlərin tanınmış fotoqraf Cümşüd Məmmədov və komandası tərəfindən aparılacağı vəd edilsə də, tədbirdə nə onun, nə də komandasının iştirak etdiyi qeyd olunur. Tələbələr bildirirlər ki, buna baxmayaraq, həmin xidmətlərin dəyəri onlardan tam şəkildə alınıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Nihat Abbasov






