media-photo-output

Müğənni Almaxanım Əhmədova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Patrulaz.аz xəbər verir ki, sənətçi sosial şəbəkə hesablarında etdiyi paylaşımda müğənnilərin efirlərdə toy müzakirəsini qınayıb:

“Evdə bəzi özəl kanalları silmişəm ki, gözüm verilişlərdə gedən düşük söhbətləri görməsin. Təəssüf ki, görmək istəməsəm belə, bəzən sosial şəbəkədə qarşıma çıxır. Bayaq baxıram ki, IQ səviyyəsi yerlərdə sürünən bəzi müğənnilər çıxıb verilişdə “kimin toyu daha çoxdur, mənim ya filankəsin?” mövzusunda mübahisə edirlər.

Həqiqətən, görün necə vəziyyətdəyik ki, müğənni çıxıb konsert tarixlərini elan etmək əvəzinə bu ay 10 dənə, sentyabrda 20 dənə toyum var və s. kimi axmaq söhbətlər edir. Hələ bu azmış kimi aparıcı da deyir ki, bu ay toylardan nə qədər qazandın? Əziz sənətçilər, nə olar bir az özünüzü inkişaf etdirin. Toyda “Buleyli” oxumaqla heç bir inkişafdan söhbət gedə bilməz. Demirəm toyda əsər oxuyun. Fikrimi düzgün başa düşün. Bir az dünya mediasını izləyin, xarici müğənnilərin solo konsertlərini izləyin. Görün insanlar necə işlər ortaya qoyurlar. Toy, toy, toy…”

A.Əhmədova efirdə gedən bu söhbətləri iyrənc adlandırıb:

“Efirdə nə vaxtadək belə iyrənc söhbətlər gedəcək axı? Gənclər baxıb nədən maariflənəcək? Mən toya getməyi ayıb hesab etmirəm. Özüm də gedirəm. Amma bununla öyünmək sənətçinin bədbəxtliyidir. Bir sənətçi ki, 30 ildir ancaq toy oxuyur, bir dəfə də olsun konsert verməyibsə, zal doldurmayıbsa, bu o sənətçinin sənətinin və zəka səviyyəsinin çöküşü deməkdir. Hələ konsert verməyi də qlobal uğur kimi təqdim edən sənətçiləri demirəm. Ay gözəl insan, bu zatən sənin işindir. Sən müğənnisənsə, konsert verməlisən. Burada qeyri-adi nə var ki? Şok, şok, şok filankəs solo konsert verdi. Ay bala, bu müğənnidir də, başqa neyləməlidir? Müğənninin fəaliyyəti odur ki, konsert versin, yeni mahnılar və kliplər təqdim etsin”.


Bənzər xəbərlər