Əfqanıstanda taksi sürücüləri istiyə qarşı qeyri-adi həll yolu tapıblar - FOTO
Əfqanıstanda havanın yüksək temperaturu səbəbilə bəzi taksi sürücüləri istiyə qarşı kreativ üsul tapıblar.
Patrulaz.az “Xarici KİV”ə istinadla xəbər verir ki, ölkənin ən isti bölgələrindən biri olan Qəndəhar şəhərində bəzi taksilərin damlarına çubuqlarla bərkidilmiş çəlləklər və işlənmiş qaz boruları quraşdırılıb.
Sürücülər əl ilə hazırladıqları bu qeyri-adi hava soyuducu sistemlərini avtomobillərinin üzərində istifadə edərək istiyə qarşı alternativ sərinləmə üsulu yaradıblar.
Qeyd edək ki, Qəndəharın cənub bölgəsində havanın temperaturu mütəmadi olaraq 40°C-ni keçir. Sürücülərin sözlərinə görə, avtomobillərdəki kondisionerlər tez-tez sıradan çıxdığı üçün bu üsul onlar üçün yeganə çıxış yolu olub.

Gülbəniz Səfərova






