media-175680777715687602_1200x630

Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 2,205 nəfər həlak olub, 3,640 nəfərə isə yaralanıb.

Məlumata görə, zəlzələnin baş verdiyi Hindukuş bölgəsində axtarış-xilasetmə işləri hələ də davam edir, yüzlərlə insanın cəsədi dağıntılar altından çıxarılır.

Xatırladaq ki, zəlzələ Hindukuş bölgəsində 6,2 bal gücündə baş verib. Onun episentri isə 10 km dərinlikdə yerləşib.


Bənzər xəbərlər