media-inshot_20260429_113330711

Əvvəllər əsasən yemək və müxtəlif məhsulların sifarişi üçün istifadə olunan çatdırılma xidməti artıq daha geniş funksionallıq qazanaraq şəxsi əşyaların bir ünvandan digərinə operativ şəkildə çatdırılması üçün də geniş tətbiq olunur. Lakin xidmətlərin əhatə dairəsinin genişlənməsi ilə paralel olaraq müəyyən risklər də ortaya çıxır.

Sürücüyə çatdırılma üçün etibar edilmiş əşyanın onun tərəfindən mənimsənilməsi halı qanunvericilikdə necə tənzimlənir?

Mövzu ilə bağlı məlumat almaq üçün Patrul.az hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərova müraciət edib.

O bildirib ki, çatdırılma xidməti, məhsul və ya sənədin bir nöqtədən digərinə fiziki olaraq daşınması prosesini ifadə edir:

“Bu xidmətin əsas məqsədi istehlakçının istədiyi malı və ya sənədi təhlükəsiz, sürətli və səmərəli şəkildə müəyyən ünvana çatdırmaqdır.

Çatdırılma xidmətlərinin ayrılmaz hissəsi olan kuryer peşəsi xüsusilə şəhərdaxili loqistik sistemlərdə mühüm yer tutur. Kuryerlər piyada, velosiped, motosiklet və ya avtomobillə fəaliyyət göstərə bilərlər. Bu peşə müəyyən fiziki dözümlülük, məsuliyyət və vaxt idarəsi tələb edir.

Qida məhsullarının daşınması və çatdırılması zamanı mal qonşuluğu prinsipinə və qablaşdırmaya xüsusi diqqət yetirilməklə çirklənmə riskləri minimuma endirilməlidir. Həmçinin qida məhsulları çatdırılma zamanı zərərvericilər, ətraf mühitdən daxil olan yağıntı və ya digər mənbələr vasitəsilə çirklənmədən mühafizə olunmalıdır”.

media-inshot_20260429_113013037

Hüquqşünas, bu problemlərin qarşısını almaq üçün istehlaka hazır qidaların çiy məhsullardan, kimyəvi maddələrin və qeyri-ərzaq məhsullarının isə qida məhsullarından ayrı daşınmalı olduğunu vurğulayıb:

“Eləcə də qırılma riskini azaltmaq üçün şüşə və digər belə qablarda olan qida məhsulları digər qida məhsulları ilə birlikdə aparılmamalıdır.

Ümumiyyətlə hər bir şəxsə etibar edilmiş əşyanın onun tərəfindən mənimsənilməsi halı Azərbaycan Respublikasının qanunvericiliyində, xüsusilə Cinayət Məcəlləsinin 179-cu maddəsi (Mənimsəmə və ya israf etmə) ilə tənzimlənir. Bu əməl, təqsirkara etibar edilmiş özgə əmlakını talama kimi qiymətləndirilir.

Daşınma və çatdırılma xidmətləri tərəfindən sifarişlərin istehlakçılara təhlükəsiz çatdırılmasını təmin etmək üçün qida məhsullarını çatdıran şəxslərə təlimatlar verilməlidir”.

Ləman Sərraf


Bənzər xəbərlər