Əhdinə sadiq qalan Xocalı sakini 12 gündən sonra Bakıdan Xocalıya çatdı - VİDEO
Xocalı sakini Bəhruz Hümbətov 12 gündən sonra doğma yurduna çatıb.
Patrul.az xəbər verir ki, Xocalı azad olunacağı təqdirdə ora piyada gedəcəyini əhd edən Bəhruz Hümbətov fevralın 15-də yaşadığı Bakının Yeni Yasamal ərazisindən yürüşə başlayıb.
12 gün davam edən piyada yürüşdən sonra o, Xocalı şəhərində yeni açılışı keçirilən Xocalı Soyqırımı Memorialına çatıb.
“Əhd etmişdim ki, birinci bura, sonra evimə gedim”, – deyə o bildirib.
Qeyd edək ki, Bəhruz Hümbətov şəhid nəvəsidir.
Məlumat üçün bildirək ki, video I Qarabağ müharibəsi veteranı, 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş hərbi jurnalist Şöhrət Eyvazov tərəfindən lentə alınıb.






