Əli Kərimlinin ailəsinə ağır itki üz verdi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) hazırda həbsdə olan sədri Əli Kərimlinin ailəsində ağır itki üz verib.
Patrul.az xəbər verir ki, siyasətçinin atası Əmirhüseyin Kərimov vəfat edib.
Mərhumun cənazəsinin doğulduğu Saatlı rayonunda torpağa tapşırılacağı bildirilir.
Qeyd edək ki, Əli Kərimli ötən ilin 29 noyabr tarixində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib və cari ilin fevral ayında bu müddət daha 4 ay artırılıb.
AXCP sədri Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunur. O, Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində məsuliyyətə cəlb edilib.







