Əlində "oyuncaq tüfəng"lə gəzən dovşan paltarlı yeniyetmə metroda çaxnaşma yaratdı - VİDEO
İstanbul metrosunda dovşan geyimində olan və əlində oyuncaq tüfəng tutan yeniyetmə sərnişinlər arasında təşvişə səbəb olub.
Patrulaz.az “Sondakika.com”a istinadla xəbər verir ki, hadisə metronun içərisində baş verib.
Əlindəki tüfəngin oyuncağa bənzəməməsi səbəbilə ətrafdakı insanlar onun həqiqi olduğunu zənn edərək qorxuya düşüblər. Daha sonra hadisə yerinə cəlb olunan polis əməkdaşları 15 yaşlı gənci saxlayıblar.
Sonradan silahın oyuncaq olduğu müəyyən edilsə də, gənc haqqında “ictimai təhlükəsizliyə təhlükə törətmək” maddəsi ilə hüquqi prosedura başlanılıb.
Qeyd edək ki, görüntülər sosial şəbəkələrdə sürətlə yayılaraq geniş müzakirələrə səbəb olub.

Gülbəniz Səfərova






