Eltisinin ölümünə səbəb olan estetik cərrahın cəzası azaldıldı
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə Bakıda qaynının arvadını estetik əməliyyat edərək, onun ölümünə səbəb olmaqda ittiham edilən “AzE Estetik Mərkəz”in direktoru Ülviyyə İlyasovanın işinin yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi üzrə qərar elan edilib.
Patrul.az Lent.az-a istinadən xəbər verir ki, qərara əsasən, onun barəsində çıxarılmış hökm dəyişdirilib və 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Ona Amnistiya aktı şamil edilib. Cəzası 6 ay azaldılıb. Onun cəzası 10 oktyabr 2025-ci ildən hesablanacaq. Cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb.






